Bank Of Baku

İSB: "Yaşıl kart" sistemi çərçivəsində Türkiyədən iki sığorta tələbi daxil olub

İSB: "Yaşıl kart" sistemi çərçivəsində Türkiyədən iki sığorta tələbi daxil olub
# 24 iyun 2016 12:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosuna (İSB) "Yaşıl kart" sistemi çərçivəsində Türkiyədən iki sığorta tələbi daxil olub.

 

APA-Economics” xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

 

Onun sözlərinə görə, "Yaşıl kart" çərçivəsində vurulan zərərə görə Türkiyəyə ödəniş olunacaq: “Ukraynada qeydiyyatdan keçən avtomobillər tərəfindən də Azərbaycanda iki belə hadisə baş verib. Buna görə biz Azərbaycan vətəndaşına ödəniş edəcəyik. Ödənişi isə daha sonra Ukraynadan alacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR