Bank Of Baku

İki ayda bankların 13 filialı bağlanıb

İki ayda bankların 13 filialı bağlanıb
# 30 dekabr 2016 13:56 (UTC +04:00)

Bu ilin 2 ayı ərzində banklara məxsus 13 filial bağlanıb.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, sentyabr ayından dekabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb.

 

Belə ki, əgər sentyabrda bankların filiallarının sayı 581 olubsa, noyabrda bu göstərici 568-ə qədər azalıb.

 

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər sentyabrda 126 bank şöbəsi fəaliyyət göstəribsə, noyabrda şöbələrin sayı 129-a yüksəlib.

 

Hesabat dövründə bankomatların sayında da azalma qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 98 ədəd azalaraq 2454-ə düşüb.  

 

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR