İngiltərə Mərkəzi Bankı son 10 ildə ilk dəfə olaraq uçot dərəcəsini 0,5%-ə qədər artırıb.
“APA-Economics” “İnterfax”a istinadən xəbər verir ki, Böyük Britaniyada uçot dərəcəsi 0,25% artıraraq illik 0,5%-ə çatdırıb. Bu qərar İngiltərə Mərkəzi Bankının pul-kredit komitəsinin iclasının yekunlarında qəbul edilib.
İngiltərə Mərkəzi Bankı dövlət istiqrazlarının alış proqramını 435 mlrd. funt sterlinq ( 574,2 mlrd. dollar) və korporativ istiqrazların alış həcmini 10 mlrd. funt sterlinq səviyyəsində saxlayıb.
Qeyd edək ki, bankın qərarı bazarın gözləntiləri ilə üst-üstə düşüb.