Bank Of Baku

İqtisadi Azadlıqlar üzrə ölkələrin yeni renkinqi açıqlanıb

İqtisadi Azadlıqlar üzrə ölkələrin yeni renkinqi açıqlanıb
# 10 yanvar 2013 10:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq tədqiqat və araşdırmalar təşkilatı olan «The Heritage Foundation» İqtisadi Azadlıqlar üzrə ölkələrin 2013-cü il üçün renkinqini açıqlayıb. «APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan bu renkinqdə 177 ölkə arasında 88-ci yeri tutub.

 

Fondun hesablamalarına görə, Azərbaycanın İqtisadi Azadlıqlar üzrə əmsalı 59,7 bəndə bərabərdir ki, bu da dünya üzrə orta göstəricidən 0,1 bəndi, region üzrə orta göstəricidən 2,3 bənd, ötən ilin analoji göstəricisindən isə 0,8 bənd çoxdur.

 

Renkinqə əsasən, İqtisadi Azadlıqlar üzrə ən yüksək göstəricilərə Honq Konq, Sinqapur, Avstraliya, Yeni Zelandiya və İsveçrə malikdir.

 

Postsovet ölkələri arasında ən yüksək mövqeyə 13-cü yerdə olan Estoniya malikdir. Qeyd edək ki, Gürcüstan 21-ci, Ermənistan 38-ci, Qazaxıstan 68-ci, Türkiyə 69-cu, Rusiya 139-cu, İran 168-ci yerdə qərarlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR