İqtisadiyyat Nazirliyi “İkinci Respublika İnnovasiya” müsabiqəsini elan edib.
“APA-Economics”in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanlıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına dəstək məqsədilə İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə İkinci Respublika müsabiqəsini elan edir.
Müsabiqədə iştirak etmək istəyənlər www.ideyabanki.com internet səhifəsindən qeydiyyatdan keçə bilərlər.
Müsabiqənin qalibinə 5000 manat, ikinci yerə görə, 3000 manat, üçüncü yerə görə 2000 manat dəyərində mükafat təqdim olunacaq.