Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
"APA-Economics"in xəbərinə görə, sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.
Ölkə başçısının digər sərəncamına əsasən Şahin Mustafayev iqtisadiyyat naziri təyin olunub.
YENİLƏNİB'>