Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidmətinin əməkdaşları heroin aşkar edib.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Tofiq Abbasovun üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 0,952 qram olan narkotik vasitə - heroin aşkar edilib.