Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 14 yanvar 2016 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Raminə Əliyevanın əl çantasına baxış zamanı 2 ədəd flakonda, məhlul formasında, ümumi xalis çəkisi 0,240 qram təşkil edən metadon adlı narkotik vasitə aşkar edilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İrandan Azərbaycana piyada gələn daha bir Azərbaycan vətəndaşı Böyükağa Əliyevin əl yükündən isə 6 ədəd həb şəklində “Metadone-40” adlı dərman preparatı aşkar olunaraq götürülüb. 

 

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 6 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir.

 

Hər iki faktla bağlı təhqiqat aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR