Bank Of Baku

İrandan Azərbaycana qadağan olunmuş psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qadağan olunmuş psixotrop maddənin keçirilməsinin qarşısı alınıb
# 12 iyul 2018 09:39 (UTC +04:00)

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR