Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarovun üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.