Bakı. Pərviz Nuriyev - APA-Economics. Sentyabrın 29-da İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin dəvəti ilə Bakıya səfər edəcək.
“APA-Economics”in xəbərinə görə, səfər ərəfəsində İranın mətbuat nümayəndələrinin suallarını cavablandıran M. Kərbasiyan bildirib ki, azərbaycanlı həmkarı ilə keçirəcəyi görüşdə sərhəd-keçid məntəqələrindəki vəziyyəti, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolu və əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə edəcək.
Səfər çərçivəsində M. Kərbasiyanın Azərbaycanda bir sıra digər görüşləri də nəzərdə tutulub.