Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 96 040 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dən "APA-Ecoonmics"ə verilən məlumata görə, bunlardan 14 199 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 7 mln. 635,989 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21% artım, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilib.
1 noyabr 2016-cı il tarixindən etibarən icbari məsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.