Bakı. Yeganə Laçınzadə APA-Economics. İcbari Sığorta Bürosu (İSB) Yaşıl Kart sistemi çərçivəsində ilk sığorta ödənişi həyata keçirib.
Bürodan "APA-Economics"ə verilən məlumata görə, ölkəmizdə Milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirən İSB tərəfindən, Yaşıl Kart sistemi çərçivəsində 14 May 2016-cı il tarixində, saat 22:00 radələrində Bakı şəhəri, Tbilisi prospektində Ukrayna vətəndaşının təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində nəqliyyat vasitəsinə dəyən zərərlə bağlı Azərbaycan vətəndaşına 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilib.