Bakı - APA-Economics. Dünyada ilk dəfə 1661-ci ildə əsginaslar tətbiq edən İsveç indi Avropada nağd hesablaşmalardan imtina edən ilk ölkə ola bilər.
«APA-Economics»in Latviyanın «Telegraf» qəzetinə istinadən məlumatına görə, hazırda İsveçdə ödəmələrin yalnız 3%-i nağd yolla həyata keçirilir. Ümumilikdə Avropa İttifaqı üzrə bu göstərici 9% təşkil edir.
İsveçdə avtobuslarda da gediş haqqını nağd ödəmək mümkün deyil - ödəniş SMS vasitəsilə aparılır. Hətta bəzi banklar da əsginaslardan istifadə etmək istəmirlər. Bu tendensiya kilsəyə də sirayət edib. Kilsəyə gələnlər üstlərində nağd pul olmadığına görə ianə ödəyə bilmədiklərindən, kilsələrdə «Card Reader»lər quraşdırılmağa başlayıb.