Bank Of Baku

Kiçik və orta sahibkarlıqla bağlı strateji hədəflərə 700 mln. manat investisiya tələb olunur

Kiçik və orta sahibkarlıqla bağlı strateji hədəflərə 700 mln. manat investisiya tələb olunur
# 22 dekabr 2016 16:00 (UTC +04:00)

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı ilə əlaqədar Strateji Yol Xəritəsində müəyyənləşdirilən strateji məqsədlərə nail olmaq və müvafiq imkanlardan maksimum istifadəni təmin etmək istiqamətində strateji hədəflər müəyyənləşdirilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib.

 

Sənəddə uzunmüddətli perspektivdə KOS-un Azərbaycanın ÜDM-nə təsirini artırmaq məqsədilə ölkədə biznes mühitinin və tənzimləyici bazanın daha da yaxşılaşdırılması, KOS subyektlərinin dayanıqlı şəbəkəsinin yaradılması məqsədilə maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi, ölkənin valyuta ehtiyatlarının artırılması və ölkədə istehsal olunan malların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə KOS-un fəaliyyətinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, ixtisaslı işçi qüvvəsinin hazırlanmasına və KOS subyektlərinin bacarıqlarının inkişafına xüsusi diqqət ayırmaqla, regional bazarlarda keyfiyyətli məhsul və xidmətlər təklifinin artırılması, KOS subyektlərinin rəqabət qabiliyyətinin artırılması üçün innovasiyaların təşviqi, bu sahə ilə bağlı araşdırma və inkişaf fəaliyyətinin gücləndirilməsi əsas hədələr kimi göstərilib.

 

Strateji Yol Xəritəsində  qeyd olunub ki, əsas fəaliyyət Azərbaycanda KOS subyektlərinə münasibətdə qanunvericilik bazasının təkmilləşdirilərək maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi, maliyyə resurslarına əlçatanlığın artırılması, texniki və informasiya bazasının gücləndirilməsi və KOS subyektlərinin ərazi üzrə optimal yerləşdirilməsi, daxili bazarın qorunması, bazar infrastrukturlarının inkişaf etdirilməsi, zəruri sənədlərin alınmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsi, bu sahəni təmsil edən subyektlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və s. kimi istiqamətlərə yönəldiləcək.

 

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 mln. manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 mlrd. 260 mln. manat əlavə dəyərin və 34240 yeni iş yerinin yaradılması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR