Bank Of Baku

Külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb
# 20 dekabr 2016 08:04 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı  qanunvericiliyə uyğun olaraq  idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib. Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd ZHT, 110 ədəd Nokia, 23 ədəd H-mobile və 75 ədəd Duos markalı telefonlar, 250 ədəd adapter, 140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR