Bank Of Baku

Manat lariyə nisbətən 0,4% bahalaşıb

Manat lariyə nisbətən 0,4% bahalaşıb
# 21 dekabr 2016 06:26 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,3% artaraq 1,7575 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,39% möhkəmlənərək 1,8300 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,06 bahalaşaraq   0,0287 manata yüksəlib.
 

Türkiyə lirəsinin məzənnəsi 0,46% möhkəmlənərək 0,4982 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1759 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,15%-lik artım baş verib.

 

Gürcüstan larisinin məzənnəsi də 0,41% geriləyərək 0,6261 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR