Bank Of Baku

Mərkəzi Bank: "Banklarla aktiv dialoqdayıq"

Mərkəzi Bank: "Banklarla aktiv dialoqdayıq"
# 27 yanvar 2015 10:47 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları tərəfindən verilən kreditlər üzrə faiz dərəcələrinin yüksək olması ilə bağlı aktiv dialoq aparır.

 

APA-Economics”in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Dövlət Televiziyasına (AZTV) bildirib.

 

"Biz də olan məlumatlara görə də, özəl banklar kreditləri yüksək faizlə verir. Çünki bank müştəridən heç bir təminat istəmir, müştərinin gəlir mənbəyi göstərilmir, risk hədən artıq böyükdür. Bu cür kreditlərin əksəriyyəti bir zənglə verilir. Biz problemlə tanışıq və hesab edirəm ki, bu, iqtisadiyyatımızın əsas problemlərindən biridir. Biz banklarla aktiv dialoqdayıq. Lakin bütövlükdə kreditlərə qayıtsaq, bankların portfelinin 75%-dən çoxunu təşkil edən biznes kreditləri üzrə faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağıdır", - deyə E. Rüstəmov bildirib.

 

AMB rəhbəri bildirib ki, bəzi ölkələrdə qanunvericiliklə bankların faiz dərəcələri tənzimlənir. Lakin həmin ölkələrdə həm də depozit faizlərinin yuxarı həddi də qanunvericiliklə müəyyən olunur. "Bir iqtisadçı kimi deyə bilərəm bu cür addımlar kölgə iqtisadiyyatın inkişafına səbəb olur. Biz bu cür məsələlərin iqtisadi yol ilə inkişafına nail olmaq istəyirik. Yaxın tariximizdə “VahidBank”, “MərhəmətBank” kimi misallar var", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR