Bank Of Baku

Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır

Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır
# 02 fevral 2016 06:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru martın 1-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

 

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 200 manat məbləğində vəsait köçürməlidirlər. Bundan başqa, tender təklifinin qiymətinin 1%-i həcmində bank təminatı da olmalıdır.

 

Qeyd edək ki, xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 6 ay ərzində imzalanmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR