Bank Of Baku

Məzənnə siyasəti dəyişəndən Azərbaycan manatı 0,1% ucuzlaşıb

Məzənnə siyasəti dəyişəndən Azərbaycan manatı 0,1% ucuzlaşıb
# 18 fevral 2015 07:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Son bir gündə Azərbaycanın milli valyutası olan manat ABŞ dollarına nisbətən 0,02% və ya 0,0002 bənd ucuzlaşıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, bu gün 1 dollar 0,7855 manat səviyyəsində qərarlaşıb. Məlumat üçün bildirək ki, ötən gün 1 dollar 0,7853 manat olub.

 

Ümumiyyətlə, AMB-nin ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidlə bağlı qərarından bəri manat 0,09% ucuzlaşıb. 

 

Qeyd edək ki, bu ilin yanvarın 1-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,7844 manat səviyyəsində olub. 

 

Dünəndən fərqli olaraq bu gün manata nisbətdə avronun rəsmi məzənnəsi bir qədər artıb. Belə ki, son bir gündə avronun məzənnəsi manatla müqayisədə 0,44% bahalaşıb. Yəni, ötən gün 1 avro 0,892 manat olubsa, bu gün 1 avro 0,8959 manata yüksəlib.

 

Ümumiyyətlə, son üç gündə avronun məzənnəsi manata nəzərən 0,03% dəyərdən düşüb. Başqa sözlə, əgər fevralın 16-da 1 avro 0,8962 manat idisə, bu gün 1 avro 0,8959 manata bərabər olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR