Bank Of Baku

Millət vəkili: “Azərbaycanda İslam maliyyəsinin konseptual əsasları işlənib hazırlanmalıdır”

Millət vəkili: “Azərbaycanda İslam maliyyəsinin konseptual əsasları işlənib hazırlanmalıdır”
# 19 fevral 2015 14:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda İslam maliyyəsinin konseptual əsasları işlənib hazırlanmalıdır. 

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü Əli Məsimli deyib. Onun sözlərinə görə, bu sahədə dünya praktikası öyrənilməlidir.

 

“Mən hesab edirəm ki, Azərbaycanda İslam bankçılığı əsasında verilən kreditlərin çəkisinin ümumi kreditlərin 1%-dən də aşağı olması 4 il üçün kifayət qədər yaxşı göstəricidir. Bu istiqamətdə Azərbaycan Beynəlxalq Bankının atdığı addımları müsbət qiymətləndirirəm. Beynəlxalq Bank bir sıra layihələrin, real sektora yönəlmiş layihələrin reallaşdırılmasına, iqtisadi fəallığın artırılmasına xidmət edən bir sıra addımların atılmasında İslam bankçılığı mexanizmdən istifadənin yaxşı nümunəsini göstərir. Azərbaycanda İslam bankçılığı ilə bağlı qanun qəbul edildikdən sonra İslam bankçılığının Azərbaycan modelinin özəlliklərini özündə əks etdirən konsepsiya yaranmalıdır. Onun hüquqi təminatı, təşkilatı tədbirləri, maliyyə təminatı istiqamətində zəruri işlər görülməlidir. Maliyyə məsələlərinə gəlincə, hesab edirəm ki, bilavasitə həm bankların öz vəsaitləri, həm dövlətin vəsaiti, həm də, xaricdən alınan vəsait hesabına hesab edirəm ki qısa müddət ərzində Azərbaycanda islam bankçılığının xüsusi çəkisini 1%-dən Türkiyədəki kimi təqribən 5-6%-ə çatdırmaq olar”, - deyə Ə.Məsimli vurğulayıb

 

Millət vəkili bildirib ki, İslam bankçılığı ölkədə kredit faizlərinin aşağı düşməsinə səbəb ola bilər: “İslam bankçılığı bu prosesə psixoloji təsir edə bilər. Birincisi, İslam bankçılığının maliyyə dövriyyəsi artdıqca təsir göstərə bilər. İkincisi, nümunə kimi təsir göstərə bilər. Üçüncü isə ənənəvi bankçılıqda kimsə borcunu vaxtında qaytara bilmirsə, onun üzərinə əlavə faizlər gəlir, borclu daha da ağır vəziyyətə düşür, iflas olur. İslam bankçılığı burda nümunə ola bilər. Çünki, İslam bankçılığında bağışlama mexanizmi var. Düzdür, banklar sərbəstdir. Amma banklar bu mexanizmdən isifadə edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR