"Azərbaycanda elm və təhsilə büdcədən ayrılan vəsaitin həcmi azdır".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, elm sahəsində büdcədən 0,6% vəsait ayrılır.
“İnkişaf etmiş ölkələrdə bu rəqəm yüksəkdir. Təhsil sahəsinə isə 10,6 faiz vəsait ayrılır. İran və Moldovada bu rəqəm 18-19 faiz təşkil edir. Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda 20 yeni universitetin yaranması haqqında qanun layihəsi imzalayıb. Çünki hamı başa düşür ki, elmə və təhsilə kifayət qədər vəsait ayırmadan ölkənin inkişafını təmin etmək mümkün deyil,” – deyə millət vəkili qeyd edib.