APA-nın məlumatına görə, bunu «Rusiyanın səsi» radiostansiyasına açıqlamasında MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, bu il Belarus MDB-nin hazırkı sədri olaraq bir sıra əhəmiyyətli forumlara ev sahibliyi edəcək: «Oktyabrda Minskda MDB ölkələri prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Mayın 31-də isə Belarusun paytaxtında MDB-nin Hökumət başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır və artıq bununla bağlı hazırlıq işlərinə başlayırıq».
Bundan başqa, Minskdə Birlik ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. Həmçinin, Maliyyə nazirləri Şurasının iclasının keçirilməsi də təklif olunur.