Bank Of Baku

Naxçıvan əhalisinə ilin əvvəlindən verilən kreditlərin həcmi açıqlanıb

Naxçıvan əhalisinə ilin əvvəlindən verilən kreditlərin həcmi açıqlanıb
# 20 may 2016 08:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında bank sektorunun normal fəaliyyəti təmin edilib.

 

APA-Economics” xəbər verir ki, 2016-cı il mayın 1-ə Naxçıvan banklarında açılmış bank hesablarının sayı 56 934-ə çatıb ki, bunun da 51 077-si və ya 89,7%-i aktiv hesablardır.

 

Hesabat dövründə açılmış 7 978 bank hesabının hamısı aktiv hesablar olub.

 

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2016-cı il tarixə 1134-ə çatdırılıb.

 

Bundan başqa, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. Qeyd olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 mln. 765,8 min manat məbləğində kredit verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR