Bank Of Baku

Naxçıvanda əhalinin əmanətlərinin həcmi artıb

Naxçıvanda əhalinin əmanətlərinin həcmi artıb
# 24 oktyabr 2015 12:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Eonomics. Bu ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyon 434 min manat olub.

 

APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Tural Şirəlizadə məlumat verib.

 

Onun sözlərinə görə, Naxçıvandakı banklarda xarici valyuta ilə yerləşdirilmiş əmanətlərin həcmi 3 mln. 570 min manata bərabər olub.

 

Ümumiyyətlə, banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 245 min manat və ya 20,12% artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR