Bakı. Musa Əhmədov - APA-Economics. Naxçıvan Muxtar Respublikasında ipoteka kreditlərinin verilməsinə başlanılıb.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov AZTV-nin efirində deyib.
“Hər yerdə istənilən bir maliyyə xidmətinə çıxış olmalıdır. Biz artıq Naxçıvanda ipoteka kreditlərinin verilməsi başlamışıq. Bu, bizim regionlara ilk addımlarımızdır və müvəffəqiyyətli bir təcrübədir", - deyə baş bankir bildirib.
Kənd yerlərində ipoteka kreditlərinin verilməsindən danışan AMB rəhbəri bildirib ki, burada müəyyən bazar münasibətləri yetişməlidir. "Əmlak bazarı, əmlakın qeydiyyatı, əmlakın satılma perspektivləri kimi məsələlər öz həllini tapmalıdır. Müraciətlər çox olur, biz də hesab edirik ki, ayrı-seçkilik olmamalıdır”, - deyə E. Rüstəmov bildirib.