Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 143 mln. 469 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
"APA-Economics"in Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 2,1% çoxdur.
Belə ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar ayı ilə müqayisədə 1,5% artaraq 326,1 manata (415,7 ABŞ dollarına) çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 83 mln. 853 min manat həcmində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 2,1% üstələyib.