Bakı. Musa Əhmədov - APA-Economics. “Tərəfdaş ölkələrdə baş verən proseslər ölkə başçısı İlham Əliyevin dediyi kimi, heç də Azərbaycandan yan ötməyəcək”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir qeyd edib ki, buna baxmayaq, Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət bütün təsirləri minimuma endirmiş olacaq.
“Eyni zamanda vergi daxilolmaları ilə bağlı olan problem minimuma endiriləcək. Prezident tərəfindən Vergilər Nazirliyi qarşısında qoyduğu mühüm vəzifələr, o cümlədən iqtisadi plan var ki, nazirlik 2015-ci ildə bu plan üzrə fəaliyyətini davam etdirəcək”, - deyə nazir bildirib.