Bakı. Musa Əhmədov - APA-Economics. "Bu il ərzində İcbari Tibbi Sığorta Agentliyi pilot qaydada icbari tibbi sığortanın tətbiqinə başlayacaq".
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, pilot kimi region və ya xəstəxanalar seçiləcək: "Bu işlərin görülməsi zamanı xarici texniki yardımın cəlbi nəzərdə tutulur. Bununla bağlı agentlik tərəfindən müvafiq işlər görülür".
YENİLƏNİB'>