Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilədək vergidən yayınan vergi ödəyicilərinin sayı 2%-dək azalmalıdır.
“APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişaf Konsepsiyası (2011-2015)” adlı sənəddə əsas hədəf kimi vergilərin məcburi yığımdan tədricən könüllü ödəməyə keçid prosesinin sürətləndirilməsi nəzərdə tutulub. Konsepsiyanın həyata keçirilməsi nəticəsində könüllü əməletmə səviyyəsinin 2015-ci ildə 85%-ə çatdırılacağı gözlənilir. “Bundan başqa, konsepsiyanın həyata keçirilməsi nəticəsində qismən vergidən yayınma 13% təşkil edəcək, könüllü vergi ödəmə isə 85%-ə qədər genişlənəcək”, - deyə E.Məmmədov vurğulayıb.