Bank Of Baku

Noyabrda əhalinin əmanətləri 2,5% artıb

Noyabrda əhalinin əmanətləri 2,5% artıb
# 30 dekabr 2016 14:24 (UTC +04:00)

2016-cı ilin dekabrın 1-nə maliyyə institutları istisna olmaqla müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 16 890 mln. manat təşkil edib.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabrla müqayisədə noyabrda depozit portfelinin həcmi 48,8 mln. manat və 0,29% artıb. Sentyabrla müqayisədə oktyabrda depozit portfeli 84,3 mln. manat və ya 0,5% azalıb.  

 

Bu ilin dekabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 583,8 mln. manat təşkil edib.  Sentyabr ayı ilə müqayisədə oktyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlər 398,4 mln. manat və ya 5,11% azalıb. Amma  oktyabrla müqayisədə noyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlərin məbləği 187,8 mln. manat və ya 2,54% artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR