Bank Of Baku

Ölkəyə psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb

Ölkəyə psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb
# 25 yanvar 2018 11:24 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili orqanı-düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı psixotrop maddə aşkar olunub.

 

Qeyd edək ki, aşkar edilən psixotrop maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR