“Hesablama Palatası Milli Məclisə tabe qurum deyil, tam müstəqil qurum kimi Milli Məclisə hesabat verir”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyanın yalnız iki ölkəsində Hesablama Palatası parlamentə, üç ölkəsində isə prezidentə tabedir: "Ümumiyyətlə isə Hesablama Palatası tam müstəqil qurumdur".