Bank Of Baku

Ötən ay vergi orqanlarına 9 mindən çox müraciət daxil olub

Ötən ay vergi orqanlarına 9 mindən çox müraciət daxil olub
# 19 may 2015 06:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycanda vergi orqanlarına cəmi 9 028 müraciət daxil olub ki, onlardan da 97,4%-i ərizə, 2,5%-i şikayətdir.

 

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müraciətlərin 42,1%-i kameral vergi yoxlamaları,29.6.%-i müxtəlif arayışların alınması, 8,2%-i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,4%-i operativ vergi nəzarəti, 0.5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 16,2%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 64,1%-i müsbət həll olunub, 19,2%-i üzrə müvafiq izahatlar verilib, 2,7%-i əsassız sayılıb, 0,7%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilmiş, 12,7%-i icradadır.

 

Hesabat dövründə Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub.

 

Bu ilin aprel ayı ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 133 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.

 

Hesabat dövründə vergilər naziri tərəfindən Ağdam şəhərində 23 vətəndaş qəbul edilib. Onların müraciətləri  əsasən vergi nəzarəti tədbirləri,  vergi qanunvericiliyi və inzibatçılığında dəyişikliklərin edilməsi, maddi yardım və güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s məsələlərlə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR