Bakı. Musa Əhmədov - APA-economics. 2014-cü ildə bankların cəmi gəlirləri 2 mlrd. 732 mln. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ötən il bankların faiz gəlirləri 2 mlrd. 255 mln. 730 min manat, qeyri-faiz gəlirləri 476,45 mln. manat təşkil edib.
Son bir ildə bankların cəmi gəlirləri 643 mln. manat və ya 30,78% artıb.
Ötən il bankların cəmi xərcləri 1 mlrd. 895 mln. 58 min manat o cümlədən faiz xərcləri 986,44 mln. manat, qeyri-faiz xərcləri 909,14 mln. manat olub. Nəticədə də, bankların 832,44 mln. manat mənfəəti yaranıb. Banklar bu mənfəətdən (ilin 12 ayında) aktivlər üzrə xüsusi ehtiyatlara 373,66 mln. manat ayırıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,18 dəfə çoxdur. Ayırmalardan sonra, bankların 12 aylıq vergi ödənilənədək xalis mənfəəti 458,78 mln. manat təşkil edib.