Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin əvvəlinə Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 7 mlrd. 188,3 mln. manata çatıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunur.
Cari ilin yanvarın 1-ə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə əhalinin əmanətləri 12,4% və ya 792,5 mln. manat artıb.
Dekabr ərzində əhalinin əmanətləri 1,4% və ya 101,9 mln. manat.