Bank Of Baku

Ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20% artıb

Ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20% artıb
# 05 fevral 2015 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin yanvarın 1-nə 18 542,6 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin əvvəli ilə müqayisədə 3 119,7 mln. manat və ya 20,23% çoxdur.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 731,8 mln. manat və ya ümumi həcminin 44%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 517,1 mln. manat və ya 24,41% artıb.

 

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,8%-lik payla “İnşaat və əmlak” və 14,5%-lik payla “Ticarət və xidmət”, 10,9%-lik payla sənaye və istehsal, 4,6%-lik payla kənd təsərrüfatı və emal, 4%-lik payla nəqliyyat və rabitə, 1,1%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin yanvarın 1-nə 976,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 183,5 mln. manat və ya 23,15% çoxdur.

 

Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 5,2 mln. (0,53%) manat azalıb.

 

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,3% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR