Bank Of Baku

Ötən il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 400 mln. manata yaxın azalıb

Ötən il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 400 mln. manata yaxın azalıb
# 30 yanvar 2015 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin əvvəlinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının həcmi 13 mlrd. 758,3 mln. manat təşkil edib.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunur.

 

Cari ilin yanvarın 1-ə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 2,8% və ya 393,7 mln. manat azalıb.

 

Dekabr ayı ərzində valyuta ehtiyatlarının həcmi 8,3% və ya 1,238 mlrd. manat azalıb.

 

Qeyd edək ki, valyuta ehtiyatlarının azalması avqusta ayından etibarən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR