Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycanda 127 315 yeni, o cümlədən 105 120 daimi iş yerləri açılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-dekabr aylarında açılmış daimi iş yerlərinin 12,6%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 69,8%-i regionların, o cümlədən 19,8%-i Aran, 13,4%-i Gəncə-Qazax, 3,0%-i Naxçıvan, 6,8%-i Lənkəran, 5,4%-i Şəki-Zaqatala, 5,0%-i Quba-Xaçmaz, 3,0%-i Yuxarı Qarabağ, 8,7%-i Abşeron, 4,0%-i Dağlıq Şirvan, 0,7%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
Ötən ilin yanvar-dekabr ayları ərzində 82,3%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerlərinin əksər hissəsi qeyri-neft sektorunda, o cümlədən 5,3%-i tikinti, 2,9%-i emal sənayesi, 3,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,0%-i nəqliyyat və anbar təsərrüfatın, 1,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8%-i təhsil, 0,4%-i informasiya və rabitə, 1,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,9%-i peşə, elmi və texniki fəaliyyət, 0,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.