Bank Of Baku

Ötən il Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 15%-ə yaxın azalıb

Ötən il Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 15%-ə yaxın azalıb
# 05 fevral 2015 09:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 97,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% və ya 15,8 mln. manat azdır. 

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2014-cü ilin sentyabr ayından fərqli olaraq dekabr ayında dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

 

2014-cü ildə  AİF 126,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

 

Artıq 6 aydır ki, fondun istiqrazı yerləşdirilməyib.

 

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin yanvarın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 206,0 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,79%, aylıq ödəniş isə 332,5 manat təşkil edib.

 

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 747 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,88%, aylıq ödəniş isə 319,9 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR