Bank Of Baku

Ötən il Azərbaycanın sığorta bazarı 60%-dən çox artıb

Ötən il Azərbaycanın sığorta bazarı 60%-dən çox artıb
# 12 yanvar 2013 09:46 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Ötən il Azərbaycanın sığorta bazarında kəskin artım müşahidə olunub - ötən il toplanmış sığorta haqları 60%-dən çox, sığorta ödənişləri 52%-dən çox artıb.

 

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2012-ci ildə Azərbaycanın sığorta şirkətləri 342 519 346,82 manat məbləğində sığorta haqqı toplayıblar. Bu, 2011-ci ilə nisbətən 129,54 mln. manat və ya 60,8% artıqdır.

 

Ötən il sığorta şirkətləri tərəfindən 93 860 881,77 manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilə nisbətən 32,3 mln. manat və ya 52,5% artıqdır.

 

2012-ci ildə toplanan sığorta haqlarının 215 003 419,52 manat və ya 62,8%-i könüllü sığorta növlərinin, 127 515 927,3 manat və ya 37,2%-i isə icbari sığorta növlərinin payına düşür. Sığorta ödəmələrinin isə 75 320 569,53 manatı və ya 80,25%-i könüllü sığorta növlərinin, 18 540 312,24 manatı və ya 19,75% icbari sığorta növlərinin payına düşür.

 

İllik müqayisədə könüllü sığorta növləri üzrə yığımların həcmi 33,54%, sığorta ödəmələrinin həcmi 45,76% artıb. İcbari sığorta növləri üzrə yığımların həcmi isə ötən illə müqayisədə 2,45 dəfə, sığorta ödənişlərinin həcmi isə 1,874 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR