Bank Of Baku

Ötən ildə ARDNŞ-ın büdcə ödənişləri 6,7% artıb

Ötən ildə ARDNŞ-ın büdcə ödənişləri 6,7% artıb
# 15 yanvar 2013 15:30 (UTC +04:00)

 

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin dekabr ayında dövlət büdcəsinə 137 mln. 124 min manat vəsait ödəyib.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin dekabr ayına nisbətən 12 mln. 774 min manat və ya 10,3% çox olub. Ümumiyyətlə, şirkət 2012-ci ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 425 mln. 27 min manat ödəyib. Bu, 2011-ci illə müqayisədə 89 mln. 792 min manat və ya 6,7% çox olub.

 

Bundan əlavə, cari ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 934 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin dekabr ayına nisbətən 1 mln. 258 min manat və ya 10,8% çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 157 mln. 501 min manat təşkil edib ki, bu da 2011-ci ildəki ödənişdən 22 mln. 992 min manat və ya 17,1% çox olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR