Bank Of Baku

Ötən ilin 11 ayında Azərbaycanda pul kütləsi artıb

Ötən ilin 11 ayında Azərbaycanda pul kütləsi artıb
# 15 yanvar 2018 12:25 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il dekabrın 1-nə 21 mlrd. 517,9 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,246 mlrd. manat və ya 6,15% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 2017-ci ilin oktyabr ayı ilə müqayisədə noyabrda geniş mənada pul kütləsi 68,3 mln. manat və ya 0,32% artıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 102,3 mln. manat və ya 10,1% artaraq 2017-ci il dekabrın 1-nə 12 044,7 mln. təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR