Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən il dekabr ayının 1-nə 1 mlrd. 890,3 mln. manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 417,7 mln. manat və ya 28,4% çoxdur.
Ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda problemli kreditlərin həcmi 700 min manat və ya 0,04% artıb.
Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,46% təşkil edir.