Bank Of Baku

Qarşıdan gələn 3 gün üçün məzənnə: USD/AZN məzənnəsi 1,59 manata yaxınlaşır

Qarşıdan gələn 3 gün üçün məzənnə: USD/AZN məzənnəsi 1,59 manata yaxınlaşır
# 15 yanvar 2016 14:26 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 18-ə USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.

 

Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1,04% və ya 0,0164 manat artıb.

 

Qeyd edək ki, bu məzənnə 16-18 yanvar tarixlərində qüvvədə olacaq.

 

Onu da qeyd edək ki, bu, AMB-nin İdarə Heyətinin ötən ilin 21 dekabr tarixində üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra dolların manata qarşı ən yüksək məzənnəsidir. İndiyə qədər USD/AZN rəsmi məzənnəsi yanvarın 14-15-də olub - 1,5706.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR