Bank Of Baku

QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında Bakı Bəyannaməsi qəbul edilib - FOTOSESSİYA - VİDEO

QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında Bakı Bəyannaməsi qəbul edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 noyabr 2014 08:49 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, iclasdan öncə tədbir iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

İki gün davam edən iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak ediblər. 

 

İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Rza Həsənəliyev bildirib ki, bu iclasın keçirilməsi ölkələrin gömrük xidmətləri arasında təcrübə mübadiləsinin baş tutumasına təkan verəcək. O qeyd edib ki, QDİƏT yaradılması iqtisadi əməkdaşlığa böyük təkan verib. Bu, gömrük xidmətləri arasında da öz nümunəsini də göstərib: “Hər bir ölkənin qarşısında duran ilk məqsədlərdən biri ölkənin iqtisadi təhlükəsizliyi təmin etməkdir. Bu sahədə gömrük xidmətləri arasında əməkdaşlıq çox vacibdir bu gömrük xidmətləri qarşısında qoyulmuş və nəzərdə tutulan məqsədlərə çatmaq üçün əsas vasitədir”.

 

QDİƏT Daimi Beynəlxalq Katibliyinin baş katibi Trayan Çelebeu təşkilatın bundan öncə keçirilmiş iclaslarını xatırladaraq bildirib ki, son iclasdan bəri bir sıra nailiyyətlər əldə olunub. O qeyd edib ki, bu ilin sentyabrın 24-də İstanbulda keçirilən iclasda QDİƏT-ə üzv ölkələr arasında gömrük xidməti sahəsində və ölkələr arasında ticarətin sadələşdirilməsində “bir pəncərə”nin yaradılması ilə bağlı birgə işçi qrupu yaradılıb.

 

Baş katib vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün bir sıra yeni əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması və yeni təcrübələrin qazanılması üçün çox əhəmiyyətli olacaq: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında əsas məqsəd, bu görüş üçün əsas materialların hazırlanmasıdır. Bu qrupun sonuncu görüşünün 6 il əvvəl keçirilib. Bu təşkilatda əlaqələndirici funksiyasını həyata keçirən Azərbaycanın tövsiyəsi ilə gündəlikdə olan ən vacib məsələlər müzakirə olundu. Əsas məsələlərdən biri də, müxtəlif dövlətlər arasında ticarətin asanlaşdırılması üçün gömrük orqanlarının oynadığı roldan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri, məhz region daxilində və ölkələr arasında ticarət mübadiləsinin aparılması və ticarət münasibətlərinin daha da geniş vüsət tapması, o cümlədən ticarətin asanlaşdırılmasıdır”.

 

Bu görüşün məhsuldar olacağına ümid etdiyini söyləyən T. Çelebeu, görüşün nəticələrinin qəbul ediləcək yekun sənəddə əks olunacağını qeyd edib.

 

Yunanıstanın Maliyyə Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin direktoru Odissefs Pilalis bildirib ki, gömrük xidməti orqanları kontrafakt məhsulların ölkəyə daxil edilməsində böyük rol oynayır. Onun sözlərinə görə, artıq gömrük sistemləri gələcəkdə özünü bir sıra dəyişiklərə hazırlamalıdırlar: “Biz öz işçilərimizi, personalımızı daha təcrübəli etməliyik. Bu baxımdan da QDİƏT ölkələri beynəlxalq mütəşəkkil cinayətkarlıqla da, maliyyə cinayətlərinə qarşı mübarizə aparmağa da daha böyük uğurlara nail ola bilərik. Bu baxımdan bizim Qara dəniz ölkələri üçün əməkdaşlığımız və birgə fəaliyyətimiz çox vacidbir”.

 

Sonda QDİƏT-ə üzv dövlətlərinin Gömrük İdarələri rəhbərlərinin çıxşları olub.

 

Tədbirin sonunda QDİƏT üzv ölkələrin Gömrük İdarələri Rəhbərlərinin “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri” mövzusunda iclasın Bakı Bəyannaməsi qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR