Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində I rübün yekunlarına dair kollegiya iclası keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində I rübün yekunlarına dair kollegiya iclası keçirilib
# 18 aprel 2013 14:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2013-cü ilin I rübü ərzində Komitənin fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, iclasda çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı bu ilin I rübü ərzində dünya iqtisadiyyatının mövcud vəziyyəti haqqında məlumat verərək, qlobal iqtisadiyyatda və maliyyə bazarlarında müxtəlif coğrafi məkanlarında mühüm hadisələrin baş verdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

R.Aslanlı Azərbaycan iqtisadiyyatının hesabat dövrü ərzində dünya iqtisadiyyatında baş verən proseslərin fonunda 3,1%, qeyri-neft sektorunun 11,7% artım nümayiş etdirdiyini vurğulayıb. Sədr ölkədə makroiqtisadi vəziyyətin sabitliyi, inflyasiyanın məqbul səviyyədə olmasının investisiya qoyuluşlarının davam etməsinə səbəb olduğunu və əhalinin real gəlirlərinin 5% artdığını bəyan edib. Qiymətli kağızlar bazarına toxunan QKDK sədri hesabat dövründə bazarın qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda inkişaf etdiyini bildirib. R.Aslanlı ötən dövrlərdə olduğu kimi, ölkənin səhm bazarının yüksək artım nümayiş etdirdiyini bildirərək, 2013-cü ilin əvvəlindən başlayaraq istiqrazların emissiyasının davam etdiyini və İpoteka Fondunun istiqrazlarının həcmində artım müşahidə olunduğunu qeyd edib.

 

İclasda QKDK-nın aparatının rəhbəri və struktur bölmələrinin rəhbərləri çıxış edərək Azərbaycanda Qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramında (2011-2020-ci illər), Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarında (2012-2015-ci illər) nəzərdə tutulan tədbirlərin 2013-cü ilin I rübü ərzində icra statusuna, eləcə də QKDK-da sənədlərin, o cümlədən vətəndaş müraciətlərinin icra intizamına dair məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR