Bank Of Baku

Ramzan Abdullatipov: "Azərbaycanla daha sıx və səmərəli əlaqələr qurula bilər"

Ramzan Abdullatipov: "Azərbaycanla daha sıx və səmərəli əlaqələr qurula bilər"
# 06 fevral 2015 05:19 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası Azərbaycan ilə daha sıx və səmərəli əməkdaşlıq edə bilər.

 

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Muxtar Respublikasının rəhbəri Ramzan Abdullatipov respublikanın gömrük xidmətinin rəisi Ruslan Yahyayev ilə görüşündə deyib.

 

R.Abdullatipov deyib ki, Dağıstan bir sıra ölkələrlə sərhədə malik olsa da, xarici ticarət dövriyyəsi o qədər də böyük deyil. "İlk növbədə Azərbaycan ilə daha sıx və səmərəli qarşılıqlı əməkdaşlıq qurula bilər", - deyə respublika rəhbəri bildirib.

 

Öz növbəsində R.Yahyayev bildirib ki, Dağıstan Azərbaycan ilə quru sərhədi olan Rusiya Federasiyasının yeganə subyektidir.

 

Bundan başqa, gömrük xidmətinin rəhbəri bu günlərdə Dağıstanın Məhərrəmkənd rayonunda istifadəyə verilən “Viaduk” gömrük-logistika terminalı barədə də məlumat verib. Onun sözlərinə görə, terminal sutka ərzində 300-ə yaxın iritonnajlı yük maşını buraxmaq qabiliyyətinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR