Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Məhərrəmkənd rayonunda “Viaduk” gömrük-logistika terminalı istifadəyə verilib.
“APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, terminal Azərbaycanla sərhəddə yaranan nəqliyyat yüklülüyünü qismən azaldacaq.
Terminal Azərbaycanın Rusiya ilə sərhədin müəyyən edildiyi Novo-Usur və Qapsax kəndləri arasında inşa edilib. İnvestisiya layihəsinin reallaşdırılmasına 2011-ci ildə başlanılıb. Layihənin ümumi dəyəri 230,7 mln. rus rublu təşkil edir.
Terminalın istifadəyə verilməsi buradan keçirilən məhsulların məhsuldarlığının və keyfiyyətinin artırılmasına səbəb olacaq, sərhəddəki nəqliyyat yüklülüyünü ciddi şəkildə azaldacaq və bəzi gömrük prosedurlarının vaxtını qısaldacaq.