Bank Of Baku

"Bank of Azerbaijan"ın əmanətçilərinin ərizə qəbulu başa çatır

"Bank of Azerbaijan"ın əmanətçilərinin ərizə qəbulu başa çatır
# 26 yanvar 2017 11:42 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Bank of Azerbaijan”nın qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 27 yanvar 2017-ci il hesab olunur.

 

Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən sabah – 27 yanvar 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq 30 iyul 2007-ci il tarixdə 8 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Bank of Azerbaijan” ASC 19 yanvar 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 22 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.

 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir, - deyə məlumatda vurğulanıb.

 

Fonddan o da bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər: “Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR